ABŞ-nın kəşfiyyat təyyarəsi Rusiyanın şimal sərhədində görüntülənib

16:35 - 16 Oktyabr 2023 - DÜNYA

Soyuq Müharibədən qalma U-2S strateji kəşfiyyat təyyarəsi Rusiyanın şimal sərhədi yaxınlığında görüntülənib.

Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, son iki həftədə dördüncü casus təyyarəsidir.

məlumata görə, bir gün əvvəl təyyarə hava hücumundan müdafiə sisteminin radarına düşüb. Barents dənizi üzərində sərhəd boyunca 1700 metr yüksəklikdə uçub. O, yarım saat əraziyə baxış keçirdikdən sonra 7400 metr yüksəkliyə qalxaraq radardan itib. 

Ehtimal olunur ki, bu, Böyük Britaniyadan havaya qalxan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Lokheed U-2S kəşfiyyat təyyarəsi olub. 

Xəbər xətti