Ağ Ev Baydenin İsrailə səfərə dəvətini təsdiqləyib, lakin ...

16:31 - 16 Oktyabr 2023 - DÜNYA

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ prezidenti Co Baydenin İsrailə səfər etmək üçün dəvət aldığını təsdiqləyib

Ucnoqta.az xəbər verir ki, Kirbi səfərlə bağlı heç bir qərar verilmədiyini bildirib.

“İsrailin baş naziri Benyamin Netanyahudan dəvət var, lakin hər hansı səfərlər barədə danışmağın vaxtı deyil”, - o, CNN telekanalında deyib.

Kirbi əlavə edib ki, Bayden bir neçə dəfə İsrailə səfər edib, bunun İsrail xalqı üçün kritik vaxt olduğunu başa düşür və şübhəsiz ki, oraya yenidən gedəcək, lakin yaxın gələcəkdə səfərlə bağlı konkret açıqlama verə bilməz.

Xəbər xətti