Ermənistanın baş naziri Nikol Paşinyan işgüzar səfərlə Strasburqa gedib
Ucnoqta.az xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Nazeli Baqdasaryan bildirib.
Onun sözlərinə görə, Paşinyanın oktyabrın 17-də Avropa Parlamentində çıxışı planlaşdırılır.
"Ermənistanın baş naziri ilə Avropa Parlamentinin rəhbəri Roberta Metsola arasında da görüş olacaq, görüşün sonunda onlar mətbuata açıqlamalar verəcəklər", - Bağdasaryan qeyd edib.
Digər görüşlər də planlaşdırılır.