Gürcüstan Konstitusiya Məhkəməsi Zurabişvili barədə qərar verdi

15:48 - 16 Oktyabr 2023 - DÜNYA

Gürcüstanın Konstitusiya Məhkəməsi (KM) hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının konstitusiya təqdimatını təmin edib və respublika prezidenti Salome Zurabişvilinin hökumətin icazəsi olmadan xarici səfərlərinə görə konstitusiyanı pozduğunu müəyyən edib.

Ucnoqta.az xəbər verir ki, məhkəmənin qərarını Konstitusiya Məhkəməsinin sədri Merab Turava canlı efirdə oxuyub.

“Gürcüstanın Konstitusiya Məhkəməsi müəyyən edib ki, Gürcüstan prezidenti xanım Salome Zurabişvili 2023-cü il avqustun 31-də, 1 sentyabrda və 6 sentyabrda xaricə işgüzar səfərlər zamanı beynəlxalq münasibətlər sahəsində nümayəndəlik hüquq və səlahiyyətlərini hökumətin razılığı olmadan həyata keçirib. Gürcüstan hökuməti bununla da Gürcüstan Konstitusiyasının 52-ci maddəsinin 1-ci hissəsinin “a” yarımbəndini pozur”, – Turava bildirib.

Gürcüstan Konstitusiya Məhkəməsi plenumunun 9 hakimindən altısı bu qərarın lehinə səs verib.

Turava onu da aydınlaşdırıb ki, qərar qətidir və ondan şikayət verilə bilməz. O, parlamentə göndəriləcək, bundan sonra iki həftə ərzində plenar iclasda prezidentin impiçmenti məsələsi səsə qoyulacaq.

Xəbər xətti