Bəşər Əsəd Putinlə telefonla danışıb

15:25 - 16 Oktyabr 2023 - DÜNYA

Suriya prezidenti Bəşər Əsədin Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Qəzza zolağındakı vəziyyət müzakirə olunub.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ərəb Respublikası rəhbərinin ofisi öz Telegram kanalında məlumat yayıb.

Məlumata görə, söhbətdə iki ölkə liderləri sektordakı mülki şəxslərə humanitar yardımın təcili çatdırılmasının vacibliyini vurğulayıblar.

Onlar həmçinin Qəzzanın atəşə tutulmasına və onun sakinlərinin məcburi köçkünlüyünə son qoymağa çağırıblar.

Xəbər xətti