BMT baş katibinin humanitar məsələlər üzrə müavini Martin Qriffits oktyabrın 17-də Qəzza zolağına humanitar yardımın çatdırılmasını müzakirə etmək üçün Yaxın Şərqə səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Baş katibin müavininin aparatının nümayəndəsi agentliyə səfərin bir neçə gün davam edəcəyini bildirib. Qriffits regionun digər əsas əhali mərkəzlərinə getməzdən əvvəl çərşənbə axşamı Qahirəyə səfər edəcək.