Koreya Respublikasının hərbçiləri ordu, hava qüvvələri, donanma və dəniz piyadaları korpusunun iştirakı ilə Hoguk sahəsində manevrlərə başlayıb.
Ucnoqta.az xəbər verir ki, bunu TASS-a Koreya Respublikasının Milli Müdafiə Nazirliyindən təsdiqləyiblər.
Təlimlər noyabrın 22-dək davam etməlidir. Təlimin məqsədi döyüş hazırlığını saxlamaq və birləşmiş silah əməliyyatlarında əməkdaşlığı təkmilləşdirməkdir. Komitədən bildirilib ki, gecə və gündüz keçirilən səhra manevrləri əsgər və texnikanın həqiqi döyüşə hazırlığını yoxlayacaq və təkmilləşdirəcək.
Manevrlər həmçinin KXDR və onun pilotsuz təyyarələrinin “nüvə və raket təhlükəsi”ni də nəzərə alır. Komitə oktyabrın 13-də əlavə edib ki, ABŞ ordusunun Cənubi Koreyalı həmkarlarına qoşulması gözlənilir ki, bu da onlar arasında qarşılıqlı əlaqəni yaxşılaşdıracaq.