Özbəkistanda qazla işləyən avtobus partlayıb

13:04 - 16 Oktyabr 2023 - DÜNYA

Özbəkistanın Kaşkadərya vilayətinin Mübarək rayonundakı Qarşi-Buxara magistral yolunda təbii qazla hərəkət edən avtobus partlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Respublika Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hadisə nəticəsində 4 nəfər orta dərəcəli bədən xəsarətləri alaraq rayon xəstəxanasına yerləşdirilib. Mətbuat xidmətinin məlumatına görə, partlayış zamanı “İsuzu” markalı avtobusda ümumilikdə 24 nəfər olub, onlara lazım olduqda ambulator və psixoloji yardım göstərilib.

Qeyd edək ki, Özbəkistanda avtomobil nəqliyyatının təxminən 70%-i təbii qazla işləyənə çevrilib. 

Xəbər xətti