Daha 60-a yaxın Almaniya vətəndaşı İsraildən çıxarılıb

10:35 - 16 Oktyabr 2023 - DÜNYA

 Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra daha 60-a yaxın Almaniya vətəndaşı Almaniya Silahlı Qüvvələrinin (Bundesver) təyyarəsi ilə İsraildən təxliyə edilib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Bundesver əməliyyat komandanlığının X sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.

 Bu uçuş Almaniya vətəndaşlarını təxliyə etmək üçün Bundesver təyyarələrinin dördüncü uçuşu idi.

“Beləliklə, bu günədək Bundesverin operativ komandanlığı Almaniya Hərbi Hava Qüvvələri ilə birlikdə 222 nəfəri İsraildən Almaniyaya çatdırıb”, - deyə ordunun bəyanatında bildirilir.

Almaniya Xarici İşlər Nazirliyi və Almaniya Müdafiə Nazirliyinin bazar günü yaydığı birgə bəyanata görə, Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra artıq 160-a yaxın Almaniya vətəndaşı Bundesver təyyarələri ilə İsraildən çıxarılıb.

Xəbər xətti