İsrail Livan sərhədindən 2 km-ə qədər olan ərazidə şimal sakinləri üçün təxliyə planı elan edib.
Ucnoqta.az xəbər verir ki, Ordunun mətbuat xidmətinin yaydığı bu barədə Müdafiə Nazirliyi və İsrail Müdafiə Qüvvələrinin (IDF) birgə bəyanatında deyilir. Müdafiə Nazirliyinin Fövqəladə Hallar Departamenti və İsrail Ordusu Livanla həmsərhəd olan ərazilərin sakinlərinin Livan sərhədindən 2 km-ə qədər təxliyəsi planının həyata keçirildiyini açıqlayıb, söhbət 28 yaşayış məntəqəsindən gedir.