Amerikanın B-52 strateji bombardmançı təyyarəsi bu həftə ilk dəfə Cənubi Koreyanın aviabazasına enəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi yazıb. Bunun Şimali Koreyanın kəskin reaksiyasına səbəb olacağı gözlənilir.
Qeyd olunur ki, Amerika bombardmançısının Koreya yarımadasının cənubuna yerləşdirilməsi Vaşinqton və onun müttəfiqlərinin fikrincə, Pxenyandan gələn nüvə təhlükəsi və onun növbəti cəhdi fonunda ABŞ-ın regionda mövcudluğuna sadiqliyini nümayiş etdirəcək.
B-52 Cənubi Koreyaya düşərsə, bu, ilk belə hal olacaq. Bundan əvvəl bu strateji bombardmançı təyyarələr təlimlər çərçivəsində yalnız Koreya yarımadası üzərində uçuşlar həyata keçirib.