İranlı rejissor və həyat yoldaşı evlərində ölü tapılıb - FOTO

22:04 - 15 Oktyabr 2023 - DÜNYA

İranlı rejissor, ssenarist və prodüser Daryuş Mehrjui və həyat yoldaşı Vahidə Məhəmmədifar Tehrandan təxminən 30 km aralıda evlərində ölü tapılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tasnim agentliyi məlumat yayıb.

Məlumata görə, meyitləri oktyabrın 14-də axşam onların qızı Mona Mehrjui aşkar edib. Hadisə yerinə gələn kriminoloqlar Mehrjuinin boynunda iti cismin zərbəsindən, həmçinin başında küt əşya ilə vurulmuş zərbədən izlər aşkar ediblər. Mütəxəssislər Məhəmmədifərin ölümünün boğulma nəticəsində baş verdiyini ehtimal edirlər.

Agentliyin məlumatına görə, Məhəmmədifər əvvəllər sosial şəbəkələrdə təhdidlər barədə məlumat versə də, polisə heç bir şikayət daxil olmayıb.

Xəbər xətti