İsrail hərbçiləri Livan sərhədi yaxınlığında düşmən təyyarəsinin ölkənin hava məkanına mümkün müdaxiləsi barədə siqnal alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
"Düşmən təyyarəsinin müdaxiləsi barədə xəbərdarlıq edən Gornot HaGalildə sirqnallar səslənib. Təfərrüatlar izlənəcək", - məlumatda deyilir.
Sonradan siqnalın yanlış olduğu məlum olub.