Fransa Arras şəhərindəki liseyə hücumdan sonra küçələri patrul etmək üçün 7 min əsgər ayırıb.
Ucnoqta.az xəbər verir ki, bununla bağlıl prezident Emmanuel Makron müvafiq fərman verib. Hərbçilər şəhər mərkəzlərini və məşhur turistik yerləri patrul edəcək.
Eyni zamanda, Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin hücumun HƏMAS-ın İsrailə hücumu ilə əlaqəli olduğunu bildirib.