Qəzza zolağında ölənlərin sayı iki mini keçib

13:52 - 14 Oktyabr 2023 - DÜNYA

Oktyabrın 7-dən bəri öldürülən Qəzza zolağı sakinlərinin sayı iki mini keçib.

Ucnoqta.az xəbər verir ki, bunu Fələstin Səhiyyə Nazirliyindən bildirilib.

Nazirlik İsrailin zərbələri nəticəsində ölənlərin sayının 2215 nəfər olduğunu bildirib. Onlardan 724-ü uşaq, 458-i qadındır. Münaqişə başlayandan bəri 2450 uşaq və 1536 qadın olmaqla ümumilikdə 8714 fələstinli yaralanıb.

Oktyabrın 7-də səhər saatlarında HƏMAS İsrailə hücum edib. Bundan əlavə, naməlum sayda terrorçu Qəzza zolağından İsrailin sərhəd bölgələrinə sızıb.

Xəbər xətti