800 minə yaxın fələstinli Qəzza zolağının şimalını tərk edib

11:29 - 14 Oktyabr 2023 - DÜNYA

Qəzza zolağının şimal və mərkəzi rayonlarının 800 minə yaxın sakini evlərini tərk edərək anklavın cənub hissəsinə köçmək məcburiyyətində qalıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik qeyd edib ki, İsrail hakimiyyəti təşkilata 24 saat ərzində 1,1 milyon fələstinlinin Qəzza zolağının cənubuna təxliyyə edilməli olduğunu bildirib.

İsrail hakimiyyəti bundan əvvəl 1,1 milyon fələstinlini 24 saat ərzində təxliyə etməyə çağırıb, çünki Həmas yaraqlıları Qəzza şəhərində evlərin altındakı tunellərdə və mülki binalarda sığınırlar.

Xəbər xətti