İsrail döyüş təyyarələri Qəzza zolağında bir neçə hədəfə zərbələr endirib, onlarla fələstinli Həmas silahlısını öldürüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, cümə günü geniş miqyaslı zərbələr həyata keçirilib. Bəyanatda deyilir ki, Nuxba yaraqlıları keçən şənbə günü İsrailə sızmağa rəhbərlik edən aparıcı qüvvələrdən biri idi.