BƏƏ Qəzza sakinləri üçün humanitar yardım göndərib
Ucnoqta.az xəbər verir ki, BƏƏ rəsmiləri Fələstin-İsrail münaqişəsinin kəskinləşməsindən bəri intensiv atəşə məruz qalan Qəzza zolağının sakinləri üçün humanitar yardımla birlikdə Misirə təyyarə göndərib.
Təyyarə Misirə təcili tibbi ləvazimatları daşıyacaq. Bu, Sinay yarımadasının şimal hissəsində yerləşən yeganə sərhəd keçidi olan Rəfah vasitəsilə Fələstin anklavına daşınacaq.