Blinken və Kuleba Ukraynadakı hərbi əməliyyatların gedişatını müzakirə ediblər

19:52 - 13 Oktyabr 2023 - DÜNYA

ABŞ dövlət katibi Antoni Blinken və Ukraynanın xarici işlər naziri Dmitri Kuleba telefon danışığında Ukraynadakı hərbi əməliyyatların gedişatını və sülh nizamlanması prosesinin mümkün başlanması ilə Kiyevin mövqelərini dəstəkləməyə yönəlmiş Qərbin səylərini müzakirə ediblər.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

“Onlar döyüş meydanındakı son hadisələri və Ukraynada ədalətli və davamlı sülh üçün beynəlxalq dəstəyin yaradılması səylərini müzakirə ediblər”, - Miller açıqlamasında bildirib.

“Dövlət katibi Birləşmiş Ştatların Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini, habelə onun suverenliyini və vətəndaşlarını qorumaq üçün ona lazımi dəstəyi göstərməyə davam edəcəyini təsdiqləyib”, - sənəddə deyilir.

Xəbər xətti