Yaponiyanın xarici işlər naziri Yoko Kamikava Fələstinin xarici işlər naziri Riyad əl-Maliki ilə telefon danışığı aparıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Yaponiya nazirliyindən verilən açıqlamaya görə, Kamikava bir daha HƏMAS-ın terror hücumlarını qətiyyətlə pisləyib və fələstinli həmkarını vəziyyətin gərginləşməsinə kömək etməyə çağırıb. Qeyd olunur ki, Maliki də öz növbəsində mövcud vəziyyətlə bağlı Fələstin hakimiyyətinin mövqeyini açıqlayıb.
İki ölkənin xarici əlaqələr idarələrinin rəhbərləri həmçinin regionda gərginliyin azaldılması və sabitləşdirilməsinə yönəlmiş əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.