Fransada şagird müəllimi öldürüb

14:52 - 13 Oktyabr 2023 - DÜNYA

Fransanın şimalındakı Arras şəhərində naməlum şəxs bıçaqlı silahla məktəbə hücum edərək bir müəllimi öldürüb, bir neçə nəfəri yaralayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Öz növbəsində Fransa Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin X sosial şəbəkəsində yazıb ki, polis əməliyyatı Arras şəhərindəki liseydə keçirilib. Daxili İşlər Nazirliyinin rəhbəri həmçinin hücumun qurbanları barədə məlumat vermədən hücum edənin polis tərəfindən saxlanıldığını deyib.

BFMTV-nin məlumatına görə, hücum edən şəxsin 20 yaşı var və məktəbin keçmiş şagirdi olub. Onun qardaşı da saxlanılıb. “Le Figaro” qəzeti isə öz növbəsində hücum zamanı “bir müəllimin öldüyünü, iki nəfərin isə ağır yaralandığını” yazıb.

Xəbər xətti