HƏMAS-ın silahlı qanadı İsrailin hava limanına raket zərbəsi endirib.
Ucnoqta.az xəbər verir ki, HƏMAS-ın silahlı qanadı İzzeddin əl-Qəssam Briqadaları İsrailin əsas beynəlxalq hava limanı olan David Ben-Qurion hava limanına raket hücumu təşkil etdiyini bildirib.
Bu barədə Fələstin radikallarının Telegram-kanalında dərc olunan mesajda deyilir.
“İzz ed-Din əl-Qəssam briqadalarının döyüşçüləri düşmənin mülki şəxslərə hücumlarına cavab olaraq Ben Qurion hava limanına zərbələr endirir”, - mətndə qeyd edilir.