Cənubi Koreya genişmiqyaslı hərbi təlimlər keçirəcək

08:06 - 13 Oktyabr 2023 - DÜNYA

Koreya Respublikasının hərbçiləri oktyabrın 16-dan noyabrın 22-dək illik genişmiqyaslı Hoguk səhra təlimini keçirəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Manevrlərə Ordu, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları cəlb olunacaq. Təlimlərin məqsədi döyüş hazırlığının və qoşun növləri arasında qarşılıqlı əlaqənin ahəngdarlığının artırılmasıdır. Təlim zamanı KXDR-dən gələn nüvə təhlükəsini, onun raket və pilotsuz təyyarələrini nəzərə alan ssenarilər işlənəcək.

Manevrlərdə Amerika hərbçiləri iştirak edəcək.

Xəbər xətti