Əfqanıstanda növbəti dəfə zəlzələ baş verib

05:31 - 13 Oktyabr 2023 - DÜNYA

Əfqanıstanda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə hələlik məlumat yoxdur.

Qeyd edək ki, bir neçə gün öncə Əfqanıstanda çoxsaylı insan tələfatı ilə nəticələnən yeraltı təkanlar baş verib.

Xəbər xətti