ABŞ-ın müdafiə naziri Lloyd Ostin cümə günü İsrailə səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Ostinin İsrailin baş naziri Binyamin Netanyahu və onun kabinetinin üzvləri ilə görüşlər planlaşdırdırılır.
Ostin son bir neçə gündə Brüsseldə olub. Orada o, Ukraynaya silah tədarükünü əlaqələndirən Qərbin yaratdığı təmas qrupunun iclasında, eləcə də NATO üzvü olan ölkələrin hərbi idarə rəhbərlərinin planlaşdırılan görüşündə iştirak edib.