Blinken Mahmud Abbasla görüşəcək

20:50 - 12 Oktyabr 2023 - DÜNYA

ABŞ dövlət katibi Entoni Blinken daha sonra İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Misir və Qətərə səfər etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, Blinken bu barədə Tel-Əvivdə mətbuat konfransında bildirib.

"Buradan mən İordaniyaya gedəcəyəm, orada Kral II Abdullah və Fələstin prezidenti Mahmud Abbasla görüşəcəyəm, daha sonra yaxın günlərdə Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Qətər liderlərinə baş çəkəcəyik. Bu görüşlərdən sonra biz ölkələrə münaqişənin yayılmasının qarşısını almaq və girovları dərhal və qeyd-şərtsiz azad etmək üçün HƏMAS üzərində təsir rıçaqlarından istifadə etmək üçün təzyiq göstərməyə davam edəcəyik”, - Blinken deyib.

O əlavə edib ki, regional liderlərlə təhlükəsizlik və inteqrasiya məsələlərini müzakirə edəcək.

Xəbər xətti