Rusiya sülhməramlıları Qarabağda ümumilikdə 22 postu bağlayıblar
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin 12 oktyabr tarixli bülletenində deyilir.
“Dağlıq Qarabağın tərksilahı və silahlı birləşmələrinin ləğvi ilə əlaqədar Rusiya sülhməramlı kontingentinin Şuşa rayonundakı bir müşahidə məntəqəsi 24 saat ərzində bağlanıb. Ümumilikdə 2023-cü il sentyabrın 19-dan Əsgəran, Şuşa, Xocavənd və Ağdərə rayonlarında Rusiya sülhməramlılarının yeddi müşahidə məntəqəsi və 15 müvəqqəti müşahidə məntəqəsi bağlanıb”, - qeyd edilib.