Livan ərazisindən İsrailə doğru 3 raket atılıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Mayadeen telekanalı məlumat yayıb.
“Livandan işğal altındakı Fələstinə doğru üç raket atılıb”, - telekanal xəbər verir.
Bundan əvvəl məlum olmuşdu ki, İsrail piyada və artilleriya bölmələri İsrailin Livanla şimal sərhədi boyunca istehkamlar inşa edir, çünki onlar bu ərazidə ikinci cəbhənin açılmasından ehtiyat edirlər.