Livandan İsrailə 3 raket atılıb

20:00 - 12 Oktyabr 2023 - DÜNYA

Livan ərazisindən İsrailə doğru 3 raket atılıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Əl-Mayadeen telekanalı məlumat yayıb.

“Livandan işğal altındakı Fələstinə doğru üç raket atılıb”, - telekanal xəbər verir.

Bundan əvvəl məlum olmuşdu ki, İsrail piyada və artilleriya bölmələri İsrailin Livanla şimal sərhədi boyunca istehkamlar inşa edir, çünki onlar bu ərazidə ikinci cəbhənin açılmasından ehtiyat edirlər.

Xəbər xətti