Aİ enerji böhranından çıxmaq üçün Moldovaya 105 milyon avro ayıracaq

19:56 - 12 Oktyabr 2023 - DÜNYA

Avropa İttifaqı Moldovaya ilin sonuna kimi 105 milyon avro verəcək

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, müvafiq sazişi Kişinyovda Moldovanın iqtisadi inkişaf naziri Dmitri Alayba və Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə nümayəndəsi Qert-Yan Kupman imzalayıblar. Bildirilir ki, bu məbləğ Enerji Zəifliyinin Azaldılması Fonduna ayrılacaq.

İmzalanma mərasimi Avropa Komissiyasının rəhbəri Ursula von der Leyenin və Moldova Prezidenti Maia Sandunun iştirakı ilə baş tutub. 

Xəbər xətti