ABŞ həmişə İsraili dəstəkləyəcək və müdafiə edəcək.
Ucnoqta.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə mətbuat konfransında bildirib.
"İsrailə verdiyim mesaj budur: Özünüzü təkbaşına müdafiə edəcək qədər güclü ola bilərsiniz, amma nə qədər ki, Amerika var, tək olmayacaqsınız. Biz həmişə sizin yanınızda olacağıq" - dövlət katibi deyib.
Amerika xarici siyasət idarəsinin rəhbəri həmçinin vurğulayıb ki, Birləşmiş Ştatlar ölkədə İsrail cəmiyyətinin birliyini və qətiyyətini nümayiş etdirən fövqəladə hökumətin yaradılmasını alqışlayır.