İsveç məhkəməsi Quranı yandıran videoya görə hökm verdi

15:01 - 12 Oktyabr 2023 - DÜNYA

Linköpinq Rayon Məhkəməsi 2020-ci il sentyabrın 11-də YouTube və Twitter-də çəkilmiş və yerləşdirilən Quranın yandırılması videosunu yaymaqla etnik düşmənçiliyi qızışdırmaqda ittiham olunan İsveç sakininin işinə baxıb.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, məhkəməyə gələn şəxs şərti cəza və Cinayət Qurbanları Fonduna ödənilməli olan 800 kron (74 dollar) məbləğində cərimə edilib.

Müsəlmanların müqəddəs kitabı manqalın üzərinə düzülüb, üstünə isə donuz əti qoyulub. Daha sonra yandırılmış Quran və donuz əti Linköpinq məscidinin girişində qalıb.

Məhkəmənin qərara gəlib ki, filmin əsas mesajı bir din olaraq İslama qarşı deyil, sosial qrup olaraq müsəlmanlara qarşı yönəlib.

Xəbər xətti