Həmas 150-yə qədər israillini girov saxlayır - KİV

12:01 - 12 Oktyabr 2023 - DÜNYA

Fələstinin radikal HƏMAS hərəkatının ən azı 150 israilli girov saxladığı ehtimal edilir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyənin “Takvim” qəzeti yazıb. Nəşr qeyd edir ki, dəqiq sayı bilinməsə də, azı 150 girovun olduğu güman edilir. Lakin onlardan neçəsinin mülki və hərbçi olduğu barədə məlumat yoxdur. 

Oktyabrın 9-da İsrailin “The Jerusalem Post” qəzeti müxtəlif fələstinli qruplaşmaların ən azı 130 nəfəri əsir götürdüyünü və girov saxladığını bildirib. Daha sonra İsrailin xarici işlər naziri Eli Koen HƏMAS silahlılarının 100-dən çox insanı girov götürdüyünü bildirib.

Xəbər xətti