İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahyan Livana səfər edəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə İranın Tasnim agentliyi məlumat yayıb.
Məlumata görə, səfər oktyabrın 12-də baş tutacaq. Tərəflər Livan-İsrail sərhədindəki vəziyyəti, həmçinin İsraillə Fələstinin HƏMAS radikal qruplaşması arasında silahlı münaqişəni müzakirə edəcəklər.