Rusiya işğalçıları gecə saatlarında Ukrayna ərazisinə 33 “Şahed” PUA buraxıb
Ucnoqta.az xəbər verir ki, bu barədə Ukrayna Cənub Müdafiə Qüvvələri məlumat yayıb. Məlumata görə, onlardan 28-i hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Bildirilir kii, düşmənin gecə hücumu Dunay bölgəsinin liman infrastrukturuna yönəlib. Zərbə nəticəsində Odessa vilayətinin cənubundakı liman ərazisindəki anbar binalarına, habelə mülki şəxslərin şəxsi evlərinə ziyan dəyib.