İsrailin səhiyyə naziri Moşe Arbel yaralı Həmas yaraqlılarının dövlət xəstəxanalarında müalicəsinin qadağan edilməsi barədə göstəriş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb.
"Bu çətin dövrlərdə səhiyyə sistemi bütün diqqətini yeni yaralıların, İsrail Müdafiə Qüvvələrinin əsgərlərinin müalicəsinə yönəltməlidir. İctimai səhiyyə sistemində terrorçuların təhlükəsizliyini və müalicəsini təmin etmək vəzifəsi bu səylərə əhəmiyyətli dərəcədə zərər verir və buna görə də mənim rəhbərliyim altında onlar müalicə olunmayacaqlar. ", - Səhiyyə naziri vurğulayıb.