Belqorod yaxınlığındakı yaşayış binasına pilotsuz təyyarənin dağıntıları düşməsi nəticəsində iki nəfər ölüb.
Ucnoqta.az Rusiya mətbuatına istinadən xəbər verir ki, dağıntılar altından iki nəfərin - kişi və qadının meyiti çıxarılıb. Ehtimal olunur ki, dağıntılar altında uşaq ola bilər.
iki nəfər isə xəsarət alıb. Həkimlər onlardan birinin vəziyyətini ağır qiymətləndirir, onun aşağı ətrafının sınığı və beyin silkələnməsi var.
⠀
Dağıntıların düşməsi nəticəsində bir yaşayış binası tamamilə dağılıb, daha ikisi qismən, üç avtomobilə də ziyan dəyib.