İsraildə 21 Tailand vətəndaşı həlak olub

08:00 - 12 Oktyabr 2023 - DÜNYA

Fələstinli radikalların hərəkətləri nəticəsində İsraildə öldürülən Tailand vətəndaşlarının sayı 21-ə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Tailandın baş naziri Settha Thaweesin X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Onun sözlərinə görə, ötən gecə hökumət həmvətənlərinin İordaniya vasitəsilə İsraildən çıxarılması variantlarını müzakirə edib, lakin marşrutlar aktiv münaqişə zonalarından keçdiyi üçün onların hamısı təhlükəli hesab edilib.

"Hökumət bu çətin vəziyyətdə olan Tayland vətəndaşlarının qayğısına qalmaq üçün əlindən gələni edir. Onların hava ilə təxliyyəsini təşkil etmək üçün İsrailə əlavə məmurlar qrupu göndərilib. Bu, hazırda bunu tez və mümkün qədər təhlükəsiz etmək üçün ən yaxşı variantdır."

Tailandın Xarici İşlər Nazirliyinin məlumatına görə, fələstinli radikalların hərəkətləri nəticəsində 13 Tailand vətəndaşı yaralanıb, 14 nəfər isə qaçırılıb. 5 mindən çox Taylandlı İsraildən təxliyə etmək istəyib.

Xəbər xətti