ABŞ-ın atom təyyarədaşıyan gəmisi “Ronald Reygan” Busandakı hərbi dəniz bazasına daxil olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat yayıb.
"Ronald Reyqan" və onun Daşıyıcı Qrup oktyabrın 16-dək Busanda qalacaq. Səfər zamanı hərbi birliyin 70 illik yubileyi ilə əlaqədar ölkələr arasında dostluğun möhkəmləndirilməsi istiqamətində tədbirlər, o cümlədən gəmilərə qarşılıqlı səfərlər, idman yarışları, sadə vətəndaşlar üçün ekskursiyalar təşkil olunacaq. Sonuncu dəfə ABŞ-ın təyyarədaşıyan gəmisi Cənubi Koreyaya martda, USS Ronald Reagan isə ötən ilin sentyabrında səfər etmişdi.