İsraillə eskalasiya başlayandan bəri ölən fələstinlilərin sayı mini ötüb

21:03 - 11 Oktyabr 2023 - DÜNYA

İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olan fələstinlilərin sayı 1100 nəfərə çatıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyinin Facebook səhifəsində məlumat verilib. Məlumata görə, 5,3 mindən çox insan yaralanıb.

Səhiyyə Nazirliyi bildirir ki, anklavın tibb müəssisələrində pulsuz xəstəxana çarpayıları qalmayıb, tibbi tələbat malları tükənir.

WAFA agentliyinin məlumatına görə, İsrailin bombardmanları nəticəsində 535 yaşayış binası, həmçinin üç məktəb dağıdılıb, daha 75 təhsil müəssisəsinin binasına ciddi ziyan dəyib. İsrail ordusu 10 məscidi tamamilə dağıdıb, onlarla ibadət yeri isə qismən dağıdılıb.

Xəbər xətti