Danimarka Ukraynaya 53 milyon dollar ayıracaq

16:23 - 11 Oktyabr 2023 - DÜNYA

 Danimarka 2022-ci ildə Kopenhagendə keçiriləcək donor konfransında yaradılmış Ukrayna Beynəlxalq Fonduna 370 milyon kron (53 milyon dollar) ayıracaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə Danimarka Müdafiə Nazirliyinin press-relizində deyilir. Bildirilir ki, vəsait minalardan təmizləmə və mühəndis dəstəyi vəzifələrini, o cümlədən cəbhədə texnikanın manevr qabiliyyətini qorumaq və tankların daşınması üçün nəzərdə tutulub.

Son il yarım ərzində Danimarkanın Ukraynaya dəstəyinin ümumi məbləği təxminən 19,3 milyard kron (2,74 milyard dollar) təşkil edib. Bunun 2,3 milyard kron (327 milyon dollar) humanitar, qalanı isə hərbi yardım üçün ayrılıb.

Xəbər xətti