Böyük Britaniya MSI-DS Terrahawk Paladin stasionar zenit qurğularını Ukraynaya təhvil verəcək
Ucnoqta.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hökumətin saytındakı məlumatda deyilir ki, kritik infrastrukturu dronlardan qorumaq üçün yardım paketinin bir hissəsi kimi təhvil veriləcək.
Yardım paketinə həmçinin mina sahələrini “yarmaq” üçün istifadə edilə bilən müxtəlif hərbi texnika da daxil olacaq. Dəyəri 122 milyon dollar olan yardımın təfərrüatları açıqlanmayıb.