Əfqanıstanda 2400 nəfərin öldüyü barədə ilkin məlumatlara yeraltı təkanların baş verdiyi ərazilərin uzaqlığı və hesablamalardakı səhvlər səbəbindən çaşqınlıq səbəb olub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Əfqanıstanın müvəqqəti hökumətinin səhiyyə naziri, Taliban hərəkatı tərəfindən təyin edilmiş Qələndər İbad məlumat verib. Əfqanıstan hakimiyyəti oktyabrın 7-də ölkədə baş vermiş zəlzələ qurbanlarının sayını ilkin 2,4 mindən təxminən 1 minə endirib.
Oktyabrın 7-də Əfqanıstanda 6,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri 272 min nəfərin yaşadığı Herat şəhərindən 42 km şimal-qərbdə yerləşib. Məlumata görə, ən azı 2 min sakin zərər çəkib.