Çin Seysmoloji Mərkəzi Tayvanın şərq sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə idarənin yaydığı məlumatda deyilir.
Seysmoloqların məlumatına görə, zəlzələnin episentri Hualien qraflığında olub. Zəlzələnin ocağı 14 km dərinlikdə yerləşir.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.