ABŞ İrana qarşı neft sanksiyalarını yumşaltmayıb

14:17 - 11 Oktyabr 2023 - DÜNYA

ABŞ İranın neft sektoruna qarşı sanksiyaları yumşaltmayıb.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen Beynəlxalq Valyuta Fondunun və Dünya Bankının rəhbər orqanlarının Mərakeşdə keçirilən payız sessiyası zamanı keçirdiyi mətbuat konfransında deyib.

“Biz heç bir şəkildə İran neftinə qarşı sanksiyalarımızı zəiflətməmişik”, – deyən Maliyyə Nazirliyinin rəhbəri.

Sentyabrın 18-də İran və ABŞ arasında beş-beş məhbus mübadiləsi baş tutub. Swap sazişi çərçivəsində İran ABŞ sanksiyaları səbəbindən Cənubi Koreyanın bank hesablarında bloklanan aktivlərinə çıxış əldə edib. İranın Qətərdəki bank hesablarına 5,9 milyard dollar məbləğində aktiv daxil olub.

Xəbər xətti