Oktyabrın 11-də Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Lui Bono ilə görüşüb.
Ucnoqta.az erməni mətbuatına istinadən xəbər verir ki, görüşdə Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesi müzakirə olunub.