İsrail ordusu Qəzzaya səfərdən çəkinməyi xahiş edib

13:34 - 11 Oktyabr 2023 - DÜNYA

İsrail Ordusu Qəzzaya səfər edənlərə təhlükə ilə bağlı xəbərdarlıq edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə mətbuat xidmətinin Telegram kanalında dərc olunmuş bəyanatında deyilir.

“İsrail ordusu sizə Qəzzanın qapalı müharibə zonası olduğunu və ölkəyə girişin qəti qadağan olduğunu xatırladır. İsrail ordusu sizi Qəzzaya səyahət etməkdən çəkinməyə və təhlükəsizlik qüvvələrinə döyüş missiyalarını yerinə yetirməyə icazə verməyə çağırır. Əks halda həyat üçün ciddi təhlükə var" - qeyd olunub.

Xəbər xətti