Zelenski gözlənilmədən Belçikaya səfər edib

10:59 - 11 Oktyabr 2023 - DÜNYA

Ukrayna prezidenti Volodimir Zelenski bu gün Ramşteyn formatında görüşün keçiriləcəyi Belçikaya gözlənilməz səfər edib.

Ucnoqta.az xəbər verir ki, NATO-nun sözçüsü Dilan Uaytın Zelenskinin Alyansın Brüsseldəki mənzil-qərargahına gəldiyi barədə X-də yazıb.

 “NATO-nun baş katibi Yens Stoltenberq bu səhər prezident Volodimir Zelenskini NATO-nun mənzil-qərargahında qarşılayacaq”, - o yazıb.

Görüşdən sonra dövlət başçısı və Alyansın baş katibi jurnalistlərlə söhbət edəcək və bundan sonra NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü başlayacaq.

Xəbər xətti