Belçika hökuməti 2025-ci ilə qədər istismardan çıxarılan F-16 təyyarələrini Kiyevə göndərmək qərarına gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Ludivine Dedonder NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə açılış iclasından və Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasından əvvəl RTL telekanalında bildirib.
Öz növbəsində krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Aja Lyabib X sosial şəbəkəsində yazıb ki, hökumət bu qərarı diqqətlə təhlil etdikdən sonra verib.
Belçika Hərbi Hava Qüvvələri 1980-ci illərdə gətirilən və bir neçə dəfə modernləşdirilmiş 43 F-16 təyyarəsini idarə edir.