Belçika 2025-ci ilə qədər F-16-ları Ukraynaya göndərmək qərarına gəlib

10:40 - 11 Oktyabr 2023 - DÜNYA

Belçika hökuməti 2025-ci ilə qədər istismardan çıxarılan F-16 təyyarələrini Kiyevə göndərmək qərarına gəlib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Ludivine Dedonder NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə açılış iclasından və Ukraynaya silah tədarükü üzrə təmas qrupunun iclasından əvvəl RTL telekanalında bildirib.

Öz növbəsində krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Aja Lyabib X sosial şəbəkəsində yazıb ki, hökumət bu qərarı diqqətlə təhlil etdikdən sonra verib.

Belçika Hərbi Hava Qüvvələri 1980-ci illərdə gətirilən və bir neçə dəfə modernləşdirilmiş 43 F-16 təyyarəsini idarə edir.

Xəbər xətti